Fransa çempionatında 36-cı tura start verilib.
SİA-nın məlumatına görə, turun açılış oyununda "Sent-Etyenn" "Monpelye"ni qəbul edib və 0:1 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Monpelye" iki tur öncə lider "PSJ"-ni də səfərdə məğlubiyyətə uğratmışdı.
Bu qələbə ilə "Monpelye" xallarının sayını 58-ə çatdırmaqla 5-ci pillədəki mövqeyini möhkəmləndirib. Məğlubiyyət səbəbilə "Sent-Etyenn" 62 xalla 4-cü pillədə qalıb.
İlk pillədə olan və çempionluğu rəsmiləşdirən "PSJ"nin 85 xalı var. "Lill" 69 xalla 2-ci, "Lion" 63 xalla 3-cüdür.
"Sent-Etyenn" - "Monpelye" - 0:1
Qol: Laborde, 64
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB