Fransa Futbol Federasiyası ölkə kubokunun finalından sonra mükafatlandırma mərasimində azarkeşlə mübahisə edən və onu yumruqla vuran PSJ-nin hücumçusu Neymarı cəzalandırıb. SİA-nın məlumatına görə, braziliyalı futbolçu 3 oyunluq cəzalanıb. Neymarın cəzası gələn həftədən qüvvəyə minəcək. 27 yaşlı ulduz futbolçu Liqa 1-də son iki turu buraxmalı olacaq. Bundan əlavə, Neymar Çində "Renn"lə Super Kubok matçında da çıxış etməyəcək.
PSJ kubokun finalında "Renn"ə penaltilər seriyasında uduzmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB