Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununda İngiltərəni təmsil edən 2 komanda - “Arsenal” və “Çelsi” mübarizə aparacaq. SİA-nın məlumatına görə, yurnirin yarımfinal mərhələsində “Arsenal” İspaniyanın “Valensiya”, “Çelsi” isə Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını mübarizədən kənarlaşdırıb.
1/2 final mərhələsinin mayın 2-də Londonda keçirilmiş ilk oyununda 3:1 hesablı qələbə qazanmış “Arsenal” Valensiyada təşkil olunmuş cavab oyununda da rəqibini məğlub etməyi bacarıb – 4:2.
Digər cütlüyün mübarizəsi daha dramatik alınıb. Mayın 2-də Almaniyada, 1 həfətə sonra isə İngiltərədə keçirilən qarşılaşmalar 1:1 hesabı ilə başa çatdığı üçün “Stamford Bric”də komandalar əlavə yarım saat da oynamalı olublar. Lakin bu da qalibin müyyənləşməsi üçün kifayət etməyib. Oyunsonrası penalti seriyasında zərbələri daha sərrast vuran “Çelsi”nin futbolçuları finala yüksəliblər.
Hər iki komandanın bu mövsüm UEFA Avropa Liqasında final matçına qədər keçirdiyi oyunların nəticəsini diqqətinizə çatdırırıq:
|
QRUP MƏRHƏLƏSİ |
QRUP MƏRHƏLƏSİ |
|
20.09.2018. PAOK – Çelsi 0:1 |
20.09.2018. Arsenal – Vorskla 4:2 |
|
04.10.2018. Çelsi – Vidi 1:0 |
04.10.2018. Qarabağ – Arsenal 0:3 |
|
25.10.2018. Çelsi – BATE 3:1 |
25.10.2018. Sportinq – Arsenal 0:1 |
|
08.11.2018. BATE – Çelsi 0:1 |
09.11.2018. Arsenal – Sportinq 0:0 |
|
30.11.2018. Çelsi – PAOK 4:0 |
29.11.2018. Vorskla – Arsenal 0:3 |
|
13.12.2018. Vidi – Çelsi 2:2 |
14.12.2018. Arsenal – Qarabağ 1:0 |
|
1/16 final |
1/16 final final |
|
15.02.2019. Malmö – Çelsi 1:2 |
14.02.2019. BATE – Arsenal 1:0 |
|
22.02.2019. Çelsi – Malmö 3:0 |
21.02.2019. Arsenal – BATE 3:0 |
|
1/8 final |
1/8 final |
|
08.03.2019. Çelsi – Dinamo Kiyev 3:0 |
07.03.2019. Renn – Arsenal 3:1 |
|
14.03.2019. Dinamo Kiyev – Çelsi 0:5 |
15.03.2019. Arsenal – Renn 3:0 |
|
1/4 final |
1/4 final |
|
11.04.2019. Slaviya Praqa – Çelsi 0:1 |
11.04.2019. Arsenal – Napoli 2:0 |
|
18.04.2019. Çelsi – Slaviya Praqa 4:3 |
18.04.2019. Napoli – Arsenal 0:1 |
|
1/2 final |
1/2 final |
|
02.05.2019. Ayntraxt Frankfurt – Çelsi 1:1 |
02.05.2019. Arsenal – Valensiya 3:1 |
|
09.05.2019. Çelsi – Ayntraxt Frankfurt 1:1 (4:3-pen.) |
09.05.2019. Valensiya – Arsenal 2:4 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB