Nicat Şıxəlizadə “Böyük dəbilqə” turnirində növbəti qələbəsini qazanıb

Nicat Şıxəlizadə “Böyük dəbilqə” turnirində növbəti qələbəsini qazanıb

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə növbəti qələbəsini qazanıb. SİA-nın məlumatına görə turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən N.Şıxəlizadə əvvəlcə türkmənistanlı Muhammed Kossekova, daha sonra isə Qvineya-Bissau təmsilçisi Dioqo Sezara qalib gəlib.

Cüdoçumuz növbəti görüşünü Rusiya təmsilçisi Yakub Şamilova qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə