“Ulu öndər Heydər Əliyev hər bir sahəyə olduğu kimi idman sahəsinə də böyük qayğı göstərib. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün idmançılar bu qayğını daha yaxından hiss edərək, arxalarında böyük bir gücün dayandığını gördülər”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev deyib.
Bu gün müstəqil və müasir Azərbaycan idmançılarının dünyanın bütün yarışlarında ölkəmizi təmsil etdiyini deyən Federasiya rəsmisi bildirib ki, idmançılar ən pik olimpiya oyunlarında öz güclərini sınayaraq dövlət bayrağını qaldırırlar: “ Hər bir idmançımızın qələbəsi Azərbaycanın dövlət himni səsləndirilməsi deməkdir. Bütün bunlar göstərir ki, bu gün Azərbaycanda böyük inkişaf var. İdman sahəsində inkişaf göz qarşısındadır və artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”.
F. Musayev söyləyib ki, hər il Azərbaycanın ev sahibliyi ilə dünya çempionatları, Avropa, İslam oyunları, bu isə Gənclərin Olimpiya festivalı keçirilir: “Bu da o deməkdir ki, dünya bu cür yarışların keçirilməsi üçün məhz Azərbaycanı seçir. Bütün bunlar göstərir ki, ölkəmizdə bütün sahələr kimi idman sahəsi güclü inkişaf edir. Təbii ki bütün bunların əsasında Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Ümummilli liderin sayəsində Azərbaycanda dünyada neft müqaviləsi ilə tanındı və bundan sonra ölkəmizin bütün sahələrində inkişaf getmişdi. Ulu öndər hər zaman ürəyimizdədir və bundan sonra da ürəklərdə yaşayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB