IJF və ACF rəsmiləri Ulu Öndərin məzarını ziyarət ediblər

IJF və ACF rəsmiləri Ulu Öndərin məzarını ziyarət ediblər

Mayın 10-da Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının (ACF) kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, mayın 10-da Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verilib.

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər cüdo turnirinə mayın 12-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə