2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya və Paralimpiya Yay Oyunlarına ilk biletlərin əldə edilməsi məqsədilə təşkil edilən xüsusi lotoreyada iştirak etmək üçün qeydiyyat başlayıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Oyunların Təşkilat Komitəsi məlumat yayıb. Biletləri xüsusi lotoreya ilə əldə ediləcək. Lotoreyanın iştirakçıları oyunların saytından qeydiyyatdan keçməlidir və Yaponiyada yaşamalıdır. Qaliblər iyunun 20-də açıqlanacaq. 2019-cu ilin payızında isə biletlərin satışının ikinci turu başlayacaq. Həmin biletləri birinci turda müraciət edən, lakin qazana bilməyən şəxslər əldə edəcək. Biletlərin sərbəst satışına isə 2020-ci ilin yazında başlanılacaq.
Təşkilatçıların bildirdiyinə görə, tamaşaçılara çox da baha olmayan milyonlarla bilet təklif ediləcək. Biletlərin qiyməti 2500-8000 yen (təqribən 22-72 dollar) arasında olacağı bildirilir.
Xatırladaq ki, Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB