Yeni mövsümdə iştirak etdiyi bütün turnirlərdə uğur qazanmağı hədəfləyən "Real" PSJ-nin ulduzu Kilian Mbappeyə təklif göndərməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "kral klubu" fransız hücumçu üçün parislilərə 280 milyon avro verməyə hazırdır. Əgər keçid gerçəkləşərsə, bu, futbol tarixində bir oyunçu üçün ödənilən ən yüksək təzminat məbləği olacaq. Hələlik bu rekord 2 il öncə "Barselona"dan 222 milyon avro qarşılığında PSJ-yə transfer olunan Neymara məxsusdur.
Qeyd edək ki, "Real"ın Mbappe ilə yanaşı, Neymar, Eden Hazard, Pol Poqba və Kristian Eriksen kimi futbolçularla da maraqlandığı iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB