Minskdə keçiriləcək ikinci Avropa Oyunlarının sambo yarışında Azərbaycanı 7 idmançı təmsil edəcək. SİA-nın məlumatına görə, onlardan 6-sı kişi, 1-i isə qadındır.
İkinci Avropa Oyunlarında Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq) və Gözəl Zutova (72 kq) mübarizə aparacaqlar.
Sambo yarışları iyunun 22-23-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB