Xosep Bartomeu: "Durumu izah etmək çətindir"

Xosep Bartomeu: "Durumu izah etmək çətindir"

“Barselona” klubunun prezidenti Xosep Bartomeu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul”la cavab matçından sonra oyun haqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, yarışda mübarizəni dayandırmaqlarına izah tapa bilmədiyini qeyd edib: "İsti-isti danışmaq istəmirəm. Soyuq başla düşünmək lazımdır. Durumu izah etmək çətindir. Qarşıda İspaniya kral kubokunun final görüşü var. Baş verənləri klub daxilində müzakirə edəcəyik. 4-cü qolu izah edə bilmirəm. Baş məşqçi və futbolçularla danışmamışam. Sakit olmalıyıq, çünki ölkə kubokunun finalı var. Sabahdan etibarən "Enfild Roud"da yaşananları dəyərləndirəcəyik".

Xatırladaq ki, yarımfinalın ilk oyununda "Nou Kamp"da 3:0 hesabı ilə qalib gələn "Barselona" cavab matçında 4 cavabsız qolla uduzaraq turnirlə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə