Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinin ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə Cahangir Səlimxanovun rəhbərliyi altında məşğələ keçirilib. SİA-nın məlumatına görə, hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətlərin aşılanması mövzusunda məşğələ zamanı komandanın futbolçuları Yarat Müasir İncəsənət Mərkəzi və Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi ilə tanış olub, dolğun məlumat əldə ediblər.
Qeyd edək ki, C.Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB