Yurgen Klopp: "Bunu necə etdiklərini bilmirəm"

Yurgen Klopp: "Bunu necə etdiklərini bilmirəm"

Xəbər verdiyimiz kimi, "Liverpul" Çempionlar Liqası yarımfinalının cavab matçında "Barselona" üzərində 4:0 (4:3) hesablı qələbə qazanaraq finala yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp oyun haqda fikirlərini bildirib: “Bu oyun, bu matç, bu, nədirsə başqa şeydir. Qarşılaşmadan əvvəl oyunçularıma dedim ki, mərhələni keçmək çox çətindir, amma əgər meydana çıxan sizsinizsə, deməli mütləq bir şans var. Həyatımda çox oyun keçirmişəm, amma beləsi həmişə olmur. Qarşınızda top-komanda var, qol buraxmadan çoxlu qollar vurmalısan. Sadəcə qələbə qazanmaq belə çox çətindir, o ki qaldı qol buraxmadan qalib gəlmək. Bunu necə etdiklərini bilmirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə