Boksçularımız Rusiyada beynəlxalq turnirdə mübarizə aparırlar

Boksçularımız Rusiyada beynəlxalq turnirdə mübarizə aparırlar

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnirə start verilib. SİA-nın məlumatına görə, 5 gün davam edəcək ənənəvi yarışda Azərbaycan yığması da iştirak edir.

Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qeyd edək ki, Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış “M-1 Arena”da baş tutacaq. Turnirdə 17 ölkənin boksçuları mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə