Azərbaycan paralimiyaçıları Dünya çempionatında uğurla çıxış ediblər

Azərbaycan paralimiyaçıları Dünya çempionatında uğurla çıxış ediblər

Yeni Zelandiyanın Kristçörç şəhərində yüngül atletika üzrə Dünya paralimpiya çempionatı başa çatıb. Komanda hesabında ilk üç yeri Çin, Rusiya və Braziliya yığma komandaları tutublar.

SİA-nın xəbərinə görə, Azərbaycan paralimpiyaçıları bu turnirdə uğurla çıxış ediblər. 78 milli komanda arasında 19-cu yeri tutmuş idmançılarımız 3 qızıl medal (Oleq Panyutin - görmə qüsuru olan idmançılar kateqoriyasında uzununa və üçqat tullanma, Hüseyn Həsənov - amputasiya olunmuş paralimpiyaçılar kateqoriyasında uzununa üçqat tullanma), bir gümüş (Elçin Muradov - 100 metr məsafəyə qaçışda) və 2 bürünc medal qazanıblar (Hüseyn Həsənov - uzununa tullanma, Vladimir Zayets - üçqat tullanma).

Bütün xəbərlər Facebook səhifəmizdə