“MY” Poqbanın satışından 160 milyon funt-sterlinq qazanmaq istəyir

“MY” Poqbanın satışından 160 milyon funt-sterlinq qazanmaq istəyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba hələ də “Real”a keçmək arzusundadır.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, futbolçu özü istəyini gerçəkləşdirmək üçün “Mançester Yunayted”ə təzyiq göstərmək niyyətindədir. Bu məsələdə Poqbaya hazırkı klubunun gələn il UEFA Çempionlar Liqası turnirində iştirak etməyəcəyi faktı daha çox kömək ola bilər.

“Mançester Yunayted” isə Poqbanı ucuz qiymətə əldən vermək istəmir. Klub bu transferdən ən azı 160 milyon funt-sterlinq xeyir götürmək niyyətindədir.

Poqbanın agenti Mino Rayola isə “Real”la danışıqlar aparır. Madrid klubu bu mövsüm bitən kimi 100 milyon funt-sterlinq qarşılığında transferi bitirmək istəyir. “Real”ın təklif etdiyi məbləğ isə bu transferdən yaxşı gəlir götürməyi planlaşdıran İngiltərə nəhənginə sərf etmir.

Qeyd edək ki, “Mançester Yunayted” Poqbanı 2016-cı ildə “Yuventus”dan 89 milyon funt-sterlinqə transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə