İstanbulun "Qalatasaray" klubu "Hollandiya" millisinin və İngiltərə "Fuhem"inin futbolçusu Rayan Babel ilə razılıq əldə edib. Bu barədə "NTV Spor" məlumat yayıb. Xəbərdə deyilir ki, İstanbul təmsilçisi 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. Forvard bu vaxt ərzində 10milyon avro qazanacaq.
Qeyd edək ki, Rayan Babelin hazırkı klubu "Fulhem"lə müqaviləsi mövsümün sonunda başa çatır. Təcrübəli oyunçu bu ilin əvvəlində Türkiyənin digər komandası "Beşiktaş"dan London klubuna keçib. Babel karyerası ərzində "Liverpul" və "Ayaks"ın da formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB