Qvardiola ötən ayın ən yaxşı məşqçisi seçilib

Qvardiola ötən ayın ən yaxşı məşqçisi seçilib

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi müəyyənləşib. Liqanın rəsmi saytında yer alan xəbərə görə, "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib. Qeyd edək ki, çempionatın lideri "Mançester Siti" 48 yaşlı mütəxəssisin rəhbərliyi altında apreldə oynadığı 5 matçın hamısında qələbə qazanıb və cəmi 1 qol buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə