Bakının kənd və qəsəbələri arasında futbol üzrə payız-yaz birinciliyi başa çatıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Qardaşlar” komandası birinci olub. “Müşviqabad” birinciliyi ikinci, “Azəri” komandası isə üçüncü pillədə başa vurub.
SİA-nın məlumatına görə, Anatoli Banişevski turnirinin qalibi “Binə” və payız-yaz birinciliyinin çempionu “Qardaşlar” arasında Super Kubok oyunu keçirilib. “Binə” rəqibini 5:3 hesabı ilə məğlub edərək Super Kubokun qalibi olub.
Final oyunundan sonra turnirin bağlanış mərasimi keçirilib.
Qalib komandaya Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və AFFA tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubok təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB