PSJ-nin hücumçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Braziliya millisinin üzvü "Mançester Siti"nin maraq dairəsindədir.
"Şəhərlilər" bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa təmsilçisinin ilk təklifi 150 milyon avro və iki futbolçu - Benjamin Mendi və Qabriel Jezuşdan biri olub. Ancaq çətin ki, fransızlar buna müsbət cavab versin. Çünki PSG forvardı 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib.
Qeyd edək ki, Neymar bu mövsüm Liqa 1-də keçirdiyi 16 oyunda 14 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB