Premyer Liqa klubları cərimələnib

Premyer Liqa klubları cərimələnib

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 27-ci turunda baş verən hadisələr də müzakirə olunub. SİA-nın məlumatına görə, "Keşlə” - “Zirə” matçında meydan sahiblərinin müdafiəçisi Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.

“Sumqayıt” - “Sabah” matçında "gənclik şəhəri" təmsilçisinin 5, debütantın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalanğı üçün hər iki klub 800 manat cərimə ödəyəcək.

“Qarabağ” - “Səbail” matçında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə