FIFA qadın futbolunda iki yeni illik mükafat təsis edib

FIFA qadın futbolunda iki yeni illik mükafat təsis edib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) rəsmi saytında verilən məlumata görə, Federasiya qadın futbolunda iki yeni illik mükafat təsis edib. SİA-nın məlumatına görə, 2019-cu ildən başlayaraq, FIFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimində iki yeni nominasiya yaranacaq: FIFA-nın və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FIFPro) versiyası üzrə “İlin ən yaxşı qadın qapıçısı” və “İlin ən yaxşı 11 qadın futbolçusundan ibarət simvolik yığma”.

FIFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimi 2019-cu il sentyabrın 23-də Milanda, “La Skala” teatrının binasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə