Kilian Hazard "Çelsi"dən ayrılıb

Kilian Hazard "Çelsi"dən ayrılıb

"Çelsi"nin futbolçusu Eden Hazardın qardaşı Kilian Hazard London klubunu tərk edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb.

Mövsümün əvvəlində "Cercle Brugge" klubuna icarəyə göndərilən Kilianın transfer hüquqları birdəfəlik Belçika təmsilçisinə satılıb. Kilian "Cercle Brugge" ilə 4 illik müqavilə imzalayacaq.

Cari mövsümdə Yupiler Liqada 17 qarşılaşmaya çıxan hücumçu 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə