İspaniyanın "Real" klubu yarımmüdafiəçisi Marko Asensio üçün gələn transfer təkliflərini rədd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "kral klubu" Asensio üçün İtaliyanın "Yuventus" və "İnter" klublarının 100 milyon avrodan yuxarı məbləğdə olan transfer təkliflərini qəbul etməyib. Baş məşqçi Zinəddin Zidan 23 yaşlı yarımmüdafiəçini gələcək planlarına daxil etdiyi üçün Madrid klubu ispaniyalı futbolçunu satmaq fikrində deyil.
Qeyd edək ki, İspaniya millisinin üzvü cari mövsüm 42 oyuna 6 qol vurub, 7 qol ötürməsi verib. Onun sərbəst qalmaq qiyməti 700 milyon avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB