"Milan" 5-ci pilləyə yüksəldi

"Milan" 5-ci pilləyə yüksəldi

İtaliya A seriyasında 35-ci turun son oyunu keçirilib.

SİA-nın məlumatına görə, “Milan” öz meydanında “Bolonya”nı qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Milan”ın qollarına 37-ci dəqiqədə Suso, 67-ci dəqiqədə isə F.Borini imza atıblar. Qonaqlar 72-ci dəqiqədə M.Destronun sayəsində qollardan yalnız birinin əvəzini çıxa biliblər.

Bu qələbədən sonra “Milan” xallarının sayını 59-a çatdırmaqla “Roma”nı qabaqlayıb. Hazırda 5-ci yerdə olan “rossonyerlər” 4-cü pillədəki “Atalanta”dan 3 xal geridədirlər. “Bolonya” isə 37 xalla 15-ci sıradakı mövqeyində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə