Denni Uelbek "Arsenal"dan ayrılacaq

Denni Uelbek "Arsenal"dan ayrılacaq

"Arsenal"ın baş məşqçisi Unay Emeri, “Brayton”la matçdan sonra keçirilən mətbuat konfransında maraqlı fikirlərlə çıxış edib. O, komandadakı bəzi futbolçuların komandadakı gələcək taleyi barədə danışıb. O bildirib ki, Denni Uelbek mövsümün sonunda komandadan ayrılacaq. Futbolçunun “topçular”la olan müqaviləsi mövsümün sonunda bitəcəyindən onun üçün trasnfer məbləği ödənilməyəcək. Türkiyə mətbuatı Uelbeki "Qalatasaray"ın transfer etmək istədiyini yazıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə oyun zamanı zədələnən Uelbek bu mövsüm “Arsenalın heyətində cəmi 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə