“Ayaks” – “Tottenhem” matçının hakimi açıqlandı

“Ayaks” – “Tottenhem” matçının hakimi açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Ayaks” – “Tottenhem” matçının hakimləri açıqlanıb. UEFA-nın rəsmi saytında yer alan məlumata görə, bu vacib görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunu Feliks Brix idarə edəcək. Ona Mark Borş və Ştefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını Deniz Aytekin yerinə yetirəcək. Matçın VAR hakimləri Bastian Dankert və Marko Frits olacaq.

Qeyd edək ki, mayın 8-də keçiriləcək “Ayaks” – “Tottenhem” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Ayaks” 1:0 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə