"Bakı-2019"un medalları təqdim olunub - FOTOLAR

"Bakı-2019"un medalları təqdim olunub - FOTOLAR

"Bakı-2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında idmançılara veriləcək medallar nümayiş olunub. SİA-nın məlumatına görə, xüsusi olaraq hazırlanmış medal dəsti Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminarda təqdim edilib.

Mərkəzdində "Bakı-2019"un loqosu əks olunmuş qızıl, gümüş və bürünc medalların dizayı Bakının irsi və mədəniyyətini, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır.

Medal od və Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq abidələrindən olan Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin görünüşünü özündə əks etdirir. Medalın digər üzündə isə Avropa Olimpiya Komitəsinin emblemi yer alıb. Diametri 65,5 millimetr olan medallar "Azərsuvenir" MMC tərəfindən "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

"Bakı-2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında 135 mükafatlandırma mərasimi keçiriləcək. Yarışlarda idmançılar 298 dəst medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com