Velosipedçimiz "Tokio-2020"yə lisenziya xalı qazanıb

Velosipedçimiz "Tokio-2020"yə lisenziya xalı qazanıb
Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia”​ yarışına yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 4 mərhələdən ibarət velotur Elit yığma komandamızın üzvü Elçin Əsədov üçün uğurlu nəticə ilə yadda qalıb.

Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan təmsilçimiz bununla da ümumi təsnifatda 10-cu yeri tutub və ölkə reytinqinə "Tokio-2020" Yay Olimpiya Oyunları üçün 3 lisenziya xalı qazandırıb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com