Şotlandiya Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı gənc futbolçusu məlum olub. SİA-nın məlumatına görə, icarə əsasında "Reyncers"də çıxış edən Rayan Kent, mövsümün ən yaxşı gənc futbolçusu seçilib. 22 yaşlı hücumçu bu mövsüm Qlazqo təmsilçisi ilə 40 qarşılaşmada iştirak edərək, 6 qol vurub.
Müqavilə ilə "Liverpul"a məxsus olan Kent, 2018-ci ilin yayında "Reyncers"ə icarəyə göndərilib. Kentin icarə müqaviləsinin müddəti mövsümün sonunda bitir.
21 yaşadək futbolçulardan ibarət İngiltərə milli komandasının da şərəfini qoruyan hücumçu, həm də, Şotlandiya Premyer Liqasında mövsümün rəmzi komandasında yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB