Futbol üzrə Portuqaliya Sequndasında 32-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın U-21 yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” evdə “Akademiko Vizeu”ya 1:3 hesabı ilə uduzub.
Dadaşov start heyətdə meydana çıxıb. 19 yaşlı forvard 54-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, “Eştoril” 51 xalla 4-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB