Messi "Barselona"ya kimlərin transfer edilməsini istəyir?

Messi "Barselona"ya kimlərin transfer edilməsini istəyir?

"Barselona"nın kapitanı Lionel Messi yay transfer dövründə komandaya qoşulmasını istədiyi 3 futbolçunun adını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, argentinalı hücumçu 3 mövqeyin güclənməsini istəyib. O, komandaya qapıçı, mərkəz müdafiəçisi və hücumçu alınmasını məqsədəuyğun heab edir.

Yasper Sillessenin mövsümün sonunda böyük ehtimalla komandanı tərk etməsindən sonra ən uyğun seçim Hollandiya "Ayaks"ının kamerunlu qolkiperi Andre Onanadır. 23 yaşlı qapıçı 2010 - 2015-ci illər ərzində "Barselona"nın aşağı yaşlılardan ibarət komandalarında çıxış edib və klubun sisteminə uyğundur.

Mərkəz müdafiəsi üçün aparıcı oyunçunun uyğun gördüyü futbolçu isə "Ayaks"ın digər üzvü Mattias de Liqtdir.

Hücumçu mövqeyinə namizədlər isə Almaniya "Ayntraxt"ından Luka Yoviç, Hollandiya PSV-sindən isə İrvinq Losanodur.

Bütün xəbərlər Facebook səhifəmizdə