Azad Rəhimov: "Azarkeşlərin yerləşdirilməsində problem yaranmayacaq" - AÇIQLAMA
"UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, otellərimizdə 17 mindən artıq otaqlar va: "Nəzərə alaq ki, bəzi otaqlarda 2 nəfər qala bilər. Bu o deməkdir ki, azarkeşlər otellərdə tam şəkildə yerləşdirilə biləcəklər. Təcrübə göstərir ki, Bakıda son illər çoxlu mənzillər kirayəyə verilir. Bunun üçün xüsusi saytlar fəaliyyət göstərir. Formula 1 yaşına baxmaq üçün gələn qonaqlar da bu mənzillərdən tam şəkildə istifadə ediblər. Yenə də turistlər kirayə mənzillərdə qala biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB