Nazir: "Gənclər Festivalı tək Azərbaycan üçün yox, bütün Avropa idmanı üçün vacibdir" - AÇIQLAMA
"Möhtəşəm tədbirə 76 gün qalıb. İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək. Bu, Avropa gənclərinin oyunlarıdır. Bu tədbir tək Azərbaycan üçün yox, bütün Avropa idmanı üçün vacibdir". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
O, bu yarışlarda növbəti illərdə dünya, Avropa çempionatları, Olimpiya oyunlarında iştirak edəcək gənclərin sınaqdan keçiriləcəyini vurğulayıb: "Onlar bir araya gələrək peşəkarlıqlarını göstərəcəklər. Hazırda Bakıda yerləşən 12-dən artıq idman qurğuları hazır vəziyyətdədir. Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar olacaq. İstərdik ki, bu, tək idman yox, Avropa gənclərinin dostluq festivalı olsun, onlar bir birləri ilə tanış olsunlar, mədəniyyətlərini, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, Azərbaycana gələcək 4 mindən artıq idmançılar və nümayəndə heyətləri üçün bu tədbir yüksək səviyyədə keçiriləcək. Bütün qonaqlar Azərbaycandan öz ölkələrinə tam razı qayıdacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB