Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
SİA-ın məlumatına görə, artıq turun 3 matçı başa çatıb.
Günün ilk oyununda "Keşlə" "Zirə"ni qəbul edib və 1:3 hesabı ilə uduzub.
Digər oyunda “Qarabağ” doğma meydanda “Səbail”ə 4:0 hesabı ilə qalib gəlməklə çempionatın sonuna bir tur qalmış ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirib. Bu, "Qarabağ"ın, ümumilikdə 7-ci çempionluğudur. Ağdamlılar ilk dəfə 1993-cü ildə çempion olublar.
“Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. Bu hesab “Neftçi”yə çempionatı ikinci pillədə başa vurmaq üçün kifayət edib. “Qəbələ”nin “Neftçi”yə uduzması ilə "Səbail" bürünc medalı təmin edib və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Hal-hazırda, turun son oyununda "Sumqayıt" "Sabah"ı qəbul edir.
“Keşlə” – “Zirə” - 1:3
Qollar: X. S. Rodriqes, 27 (0:1), Conatan Ayite, 45-pen (1:1), X. S. Rodriqes, 47, Mfo Kqasvane, 51 (1:3)
“Qəbələ” – “Neftçi” - 1:3
Qollar: Mbodj, 26 (0:1), Baqali Dabo, 71 (0:2), Rauf Əliyev, 84 (1:2), Dabo, 90-pen (1:3)
“Qarabağ” – “Səbail” - 4:0
Qollar: Miçel, 20, Mahir Mədətov, 42, 69, 87
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB