Bakı Marafonu: İkinci və üçüncü yerin qalibləri bəlli olub

Bakı Marafonu: İkinci və üçüncü yerin qalibləri bəlli olub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Bakı Marafonu 2019"da ikinci və üçüncü yeri tutanlar müəyyənləşib. SİA-nın verdiyi məlumata görə, "Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonunda iranlı Məhəmməd Cəfər Moradi ikinci, Azərbaycan təmsilçisi Elman Abışov isə üçüncü olublar.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə