Rusiya Premyer Liqasında 27-ci turun oyunları davam edir.
SİA-nın məlumatına görə, bu tur çempionun adına da aydınlıq gətirib. Belə ki, Peterburqun “Zenit” komandası sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. “Zenit”in bu turda öz meydanında “Axmat”la heç-heçə oynamasına baxmayaraq, onun ən yaxın izləyicisi “Lokomotiv”in Tulada “Arsenal”a məğlub olması Peterburq təmsilçisinin çempionluğa yiyələnməsinə səbəb olub. Belə ki, 58 xala malik “Zenit” “Lokomotiv”i 9 xal qabaqlayır və bu komandalar arasındakı şəxsi görüşlərdə də peterburqluların üstünlüyü var. Bu, “Zenit”in ümumilikdə 6-cı (1 dəfə SSRİ çempionu olub), Rusiya çempionatları tarixində isə 5-ci çempionluğudur.
Bugünkü oyunlar aşağıdakı hesablarla nəticələnib:
“Ural” – “Spartak” 0:1
“Zenit” – “Axmat” 1:1
“Arsenal” – “Lokomotiv” 2:0
Turun ilk oyun günündə dünən iki görüş baş tutub və aşağıdakı nəticələr qeydə alınıb:
“Yenisey” - “Anji” 3:1
“Rubin” – “Orenburq” 2:0
Turun qalan görüşləri bazar günü keçiriləcək.
Milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” bazar günü öz meydanında “Ufa”nı qəbul edəcək. Həmyerlimiz ötən tur keçmiş komandası “Zenit”ə qarşı Peterburqda baş tutmuş görüşdə qırmızı vərəqə alaraq meydanı tərk etdiyi üçün 1 oyunluq diskvalifikasiya olunması səbəbindən bu görüşü buraxmaq məcburiyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB