Xavi "Əl Sədd"in baş məşqçisi olacaq

Xavi "Əl Sədd"in baş məşqçisi olacaq

"Barselona"nın sabiq futbolçusu Xavi yeni mövsümdən "Əl Sədd"in baş məşqçisi olacaq. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu mövsümün sonu karyerasını başa vuracağını elan edən 39 yaşlı yarımmüdafiəçi artıq Qətər klubu ilə müqavilə imzalayıb. O, 2019/2020 mövsümünün sonuna kimi "Əl-Sədd"in baş məşqçisi olacaq. Qeyd edək ki, 2015-ci ildə "Barselona" "Əl-Sədd"ə transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə