"Fənərbaxça"dan yeni mövsümdə ilk transfer

"Fənərbaxça"dan yeni mövsümdə ilk transfer

"Fənərbaxça" yeni mövsüm üçün ilk transfer edib. "Fanatik"in yazdığına görə, İstanbul klubu İranın yüksək liqası təmsilçisi "İstiqlal"ın futbolçusu Allahyar Sayyadmaneşi heyətinə cəlb edib. Bu ilin iyununda 18 yaşı olacaq hücumçu ilə 5 illik müqavilə imzalanacaq.

İran klubunun nümayəndəsi İsmayıl Halilzadə A.Sayyadmaneşi "Fənərbaxça"ya satdıqlarını təsdiqləyib: "Onu "Fənərbaxça"ya 850 min avroya satdıq. Mövsümün sonu buradan ayrılacaq".

Qeyd edək ki, A.Sayyadmanaş "The Guardian"nın hazırladığı 2011-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb. Əlavə edək ki, A.Sayyadmanaş bu mövsüm 17 matçda oynadığı az müddətdə 2 qol vurub, 2 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə