Fransa çempionatında 35-ci tura start verilib.
SİA-nın məlumatına görə, turun açılış oyununda “Strasbur” öz meydanında “Marsel”i qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Bu heç-heçə “Marsel”ə 4-cü pillədəki “Sent-Etyen”ə yaxınlaşmaqda mane olub. Hazırda “Marsel” 55 xalla turnir cədvəlində 5-ci, “Sent-Etyen” isə 59 xalla 4-cüdür. “Strasbur” isə qazandığı bir xalla iki pillə irəliləyərək 46 xalla 9-cu pilləyə yüksəlib.
Turun qalan görüşləri şənbə və bazar günləri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB