İspaniya La Lİqasında 36-cı tura start verilib.
SİA-nın məlumatına görə, turun açılış oyununda “Sevilya” öz meydanında “Leqanes”i qəbul edib və gözlənilmədən 0:3 hesabı ilə məğlub olub.
Bu məğlubiyyətin nəticəsi olaraq “Sevilya” turnir cədvəlində “Hetafe”ni keçmək və 4-cü pilləyə qalxmaq şansını dəyərləndirə bilməyib. Hal-hazırda “Hetafe” və “Sevilya” 55 xalla, müvafiq olaraq 4-5-ci pillələri bölüşürlər. “Leqanes” isə xallarının sayını 45-ə çatdırmaqla 9-cu pilləyə yüksəlib.
Turun qalan görüşləri şənbə və bazar günləri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB