Məhsuldar bərabərlik - 3:3

Almaniya Bundesliqasında 32-ci tura start verilib.

SİA-nın məlumatına görə, turun açılış oyununda “Maynts 05” komandası “Leyptsiq”i qəbul edib.

Oyun 3:3 hesabı ilə başa çatıb.

Bu oyundan sonra “Leiptsiq” xal hesabını 65-ə çatdırıb və 3-cü pillədəki mövqeyini möhkəmləndirib. “Maynts 05” isə 37-ci xalını qazanıb və 12-ci pillədəki mövqeyini qoruyub.

Turun qalan görüşləri şənbə və bazar günləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə