"Turin derbisi" heç-heçə ilə bitdi

"Turin derbisi" heç-heçə ilə bitdi

İtaliya A Seriyasında 35-ci tura start verilib.

SİA-nın məlumatına görə, turun açılış oyunu “Turin derbisi” ilə yadda qalıb. Artıq çempionluğunu rəsmiləşdirmiş “Yuventus” “Torino”nu qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu oyundan sonra “Yuventus” xal hesabını 89-a çatdırıb. “Torino” isə vacib 1 xal qazanmaqla xal sayını 57 edib və 6-cı pilləyə yüksəlib. Bu komanda, həmçinin, növbəti mövsümdən UEFA Çempionlar Lİqasında iştirak etmək üçün böyük üstünlük qazanıb. Hazırda “Torino”nu 4-cü pillədəki “Atalanta”dan cəmi 2 xal ayırır.

Turun qalan görüşləri şənbə və bazar günləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə