Rusiya Premyer Liqasında 27-ci tura start verilib

Rusiya Premyer Liqasında 27-ci tura start verilib

Rusiya Premyer Liqasında 27-ci tura start verilib.

SİA-nın məlumatına görə, turun ilk oyun günündə iki görüş baş tutub və aşağıdakı nəticələr qeydə alınıb:

“Yenisey” - “Anji” 3:1

“Rubin” – “Orenburq” 2:0

Turun qalan görüşləri şənbə və bazaar günləri keçiriləcək.

Milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” bazaar günü öz meydanında “Ufa”nı qəbul edəcək. Həmyerlimiz ötən tur keçmiş komandası “Zenit”ə qarşı Peterburqda baş tutmuş görüşdə qırmızı vərəqə alaraq meydanı tərk etdiyi üçün 1 oyunluq diskvalifikasiya olunması səbəbindən bu görüşü buraxmaq məcburiyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə