Mbappenin cəzası açıqlanıb

Fransa kubokunun finalında “Renn”in futbolçusu Damyen da Silvanın dizinə ayağı ilə bilərəkdən zərbə vuran PSJ-nin hücumçusu Kilian Mbappenin cəzası açıqlanıb. Fransa Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, İntizam Komitəsi gənc forvardı 3 oyunluq cəzalandırıb. Bu isə o deməkdir ki, fransız futbolçu çempionatda "Nitsa", "Anje" və "Dijon"la oyunları buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə