Respublika İdman Tibb Mərkəzi ləğv edilib - FOTOLAR

Respublika İdman Tibb Mərkəzi ləğv edilib - FOTOLAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Gənclər və İdman Nazirliyinin (GİN) tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 1953-cü ildən fəaliyyət göstərən müəssisə uzun müddət istismar edildiyi üçün yararsız vəziyyətə düşüb, maddi texniki bazası və tibbi avadanlıqları isə fiziki və mənəvi cəhətdən köhnəlib. Bu səbəbdən Mərkəzin üzərinə düşən vəzifələrin icrasında ciddi çatışmamazlıqlar yaranıb. Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədi ilə cari ilin yanvar ayından Tibb Mərkəzi təmirə dayandırılıb. Buna baxmayaraq, indiyə kimi Mərkəzin əməkdaşlarına aylıq vəzifə maaşları ödənilib.

Təmir işləri yekunlaşandan sonra ləğv edilmiş Mərkəzin işçi heyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri vasitəsi ilə keçiriləcək attestasiyasının nəticələrindən asılı olaraq, GİN-nin nəzdində fəaliyyət göstərən “Milli İdman Tibb və Realibitasiya İnstitutu” MMC-də fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur.

Dispanserin təmirdən öncəki fotolarını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə