"Buta Palace" banket-konsert kompleksi və Vüqar Həşimov Şahmat Akademiyasının təşkil etdiyi "Buta Chess" şirkətlər arası ilk şahmat turniri keçirilib. SİA-nın məlumatına görə, FİDE qaydalarına əsasən təşkil edilən turnirdə 20 komanda mübarizə aparıb. Yarış İsveçrə sistemi ilə keçirilib. Turnirin baş hakimi Kamran Salehov olub.
Yeddi turun nəticələrinə görə, lider olan "Legno Linea" şirkətinin şahmatçısı "Armagedon" sistemi ilə keçirilən finalda, ikinci ən çox xal toplayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təmsilçisi ilə qarşılaşıb. Nəticədə, nazirlik komandası qələbə qazanmaqla turnirin qalibi olub. Komanda üzvləri Anar Rəsulov və Rauf Rzayevə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB