"Mançester Siti"nin futbolçusu İlkay Gündoğanın "Bavariya"ya transfer olunacağı haqda yayılan xəbərlər öz təsdiqini tapa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klubu ilə yeni müqavilə üçün razılığa gəlməyən 28 yaşlı yarımmüdafiəçi artıq Münhendədir. Onun Münhendə restoranların birində dostları ilə yemək yeyərkən çəkilən şəkilləri yayılıb.
Qeyd edək ki, türk əsilli almaniyalı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində 29 oyuna çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB