Türkiyə kubokunun final matçının vaxtı dəyişdirilib

Türkiyə kubokunun final matçının vaxtı dəyişdirilib

Türkiyə Futbol Federasiyası ölkə kubokunun final matçının vaxtını dəyişdirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həlledici görüş mayın 16-dan 15-nə keçirilib. Matçın yayım proqramında edilən dəyişikliklər finalın vaxtına təsir edib.

Qeyd edək ki, Sivasda keçiriləcək final matçında "Qalatasaray"la "Akhisarspor" üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə