"Arsenal"dan qələbə, Almaniyada qalib müəyyənləşmədi

"Arsenal"dan qələbə, Almaniyada qalib müəyyənləşmədi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib.

SİA-nın məlumatına görə, "Arsenal" Londonda "Valensiya"nı, "Ayntraxt" isə Frankfurtda "Çelsi"ni qəbul edib.

Londonda “Valensiya” hesabı açsa da “Arsenal” toparlanmağı bacarıb və qısa vaxt ərzində iki qol vuraraq ilk hissədə üstün tərəfə çevrilib. Oyunun son dəqiqələrində vurulan qol isə hesabı 3:1 edib.

Frankfurtda isə hesabı açan tərəf meydan sahibləri olsa da londonlular elə ilk hissədə hesabı bərabərləşdirməyə nail olublar. Oyun elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, UEFA Avropa Lİqasının finalı mayın 29-da "Bakı Olimpiya Stadionu"nda keçiriləcək.

"Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) - 2:1
Qollar: Diakabi, 11 (0:1), Lyakazett, 18 (1:1), 26 (2:1), Obameyanq, 90 (3:1)

"Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Yoviç, 23 (1:0), Pedro, 45 (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə