Mourinyo: "Bu cütlükdə artıq hər şey həll olunub”

Mourinyo: "Bu cütlükdə artıq hər şey həll olunub”

Məşhur futbol məşqçisi Jose Mourinyo dünən keçirilmiş UEFA Çempionlar Liqasının “Barselona”-“Liverpul” yarımfinal oyununu dəyərləndirib.

SİA-nın məlumatına görə, portuqaliyalı mütəxəssis bununla bağlı deyib: “Psixoloji baxımdan “Nou Kamp”a gəlmək hər bir komanda üçün ağırdır. Çünki burada müdafiə olunmağa məcbursan. Ona görə də çox vaxt bu cür düşünən komandalar məğlub olur. Lakin “Liverpul” oyuna çox pozitiv köklənmişdi.

Bunu faciə hesab etmirəm. Sadəcə, hesab 1:3 bitsə idi, “Enfild”də əsl döyüş olacaqdı. Lakin 0:3 ciddi hesabdır. Deyərdim ki, bu cütlükdə artıq hər şey həll olunub”.

Bütün xəbərlər Facebook səhifəmizdə